Cari ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrinin boru kəmərləri ilə təbii qaz idxalı ümumilikdə 130 milyard kubmetr təşkil edib.
NTV xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.
Bildirilir ki, bu göstərici illik müqayisədə 9 faiz azalıb.
Noyabr ayında isə Aİ ölkələri boru kəmərləri ilə ümumilikdə 12,1 milyard kubmetr qaz idxal edib. Həmin göstərici oktyabrla müqayisədə 2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətdə 10 faiz geriləyib.
Ötən ay Avropada təbii qazın qiyməti aylıq nisbətdə 5 faiz, illik müqayisədə isə 25 faiz ucuzlaşıb.
Noyabrda Aİ-də təbii qaz istehlakı illik müqayisədə 2,6 faiz azalaraq 33,8 milyard kubmetr olub.
