NTV xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 449 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd və ya 34 faiz çox olub.
Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 343 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 98 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.
