satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 11 ayda 67 hərrac keçirilib

Naxçıvanda 11 ayda 67 hərrac keçirilib

Bu ilin yanvar–noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti  olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 67 hərrac təşkil olunub.

Nazirlikdən NTV-yə verilən məlumata görə, hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.
Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 12 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 adda xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 20 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan  2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı keçirilən 3 hərracda 3 faydalı qazıntı yatağı istismara verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM