satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda energetika sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycanda energetika sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 50006:2025 “Enerji menecmenti sistemləri - Enerji səmərəlilik göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji səmərələliyinin qiymətləndirilməsi”, AZS ISO/PAS 50010:2025 “Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə olunması üçün rəhbərlik” dövlət standartları qəbul edilib.

AZSTAND-dan NTV-yə bildirilib ki, sözügedən standartların qəbulu müəssisələrin enerji istifadəsi izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaqlar.

Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Energetika Nazirliyinin sədrlik etdiyi “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 46) tərəfindən təqdim edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM