satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib

Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib

Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

NTV-nin məlumatına görə, daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxildir. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Bundan əvvəl, dekabrın 18-də Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM