satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan məhsulları Çində keçirilən premium məhsullar sərgisində nümayiş olunur

Azərbaycan məhsulları Çində keçirilən premium məhsullar sərgisində nümayiş olunur

Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və Pekin Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xarici məhsulların sərgi-yarmarkalarında nümayiş olunur.

NTV xəbər verir ki, Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamı üçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalq premium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır.

Ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Pekindəki "Azərbaycan Ticarət Evi" paytaxtın “Ritan” və “Wanyuan - Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri və çayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlarda Azərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər də təqdim olunur.

Qeyd edək ki, 6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan və Toncou rayonlarında keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Fransa ordunu gücləndirir

18:00 06.02.2026

Türkiyədə zəlzələ olub

16:10 06.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM