satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci 8 %-dən çox azaldıb

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci 8 %-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 37,028 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

NTV Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 % azdır.

Hesabat dövründə Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 10,4 % azalaraq 2 milyard 286 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox idxalı Hollandiya 167,519 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 44 % çox), ABŞ 137,613 milyon ABŞ dolları (9,8 % çox) və İtaliya 119,674 milyon ABŞ dolları (3,1 % az) həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM