satellite   Azerspace-1: 11135 H 30000

Ötən il əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 2,6 milyondan çox olub

Ötən il əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 2,6 milyondan çox olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ildə 4 xidmət elektronlaşdırılıb.

Dövlət Xidmətindən NTV-yə bildirilib ki, həyata keçirilən tədbirlərin nəticəsində hazırda 39 elektron xidmət vətəndaşların istifadəsindədir.

Bu xidmətlər həm “Elektron hökumət” portalı, həm də İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalı üzərindən təqdim olunur. Ötən il ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2,6 milyondan çox elektron xidmət göstərilib.

Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM