satellite   Azerspace-1: 11135 H 30000

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-ə yaxın artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 7 milyard 446,4 milyon kubmetr qaz nəql edilib.

NTV-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 4,8 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 49,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 3 milyard 682 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 7,9 % çoxdur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM