satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

NTV xəbər verir ki, aprelin 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Mübariz Bayramov  iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib. 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdir müavini, şöbə müdiri vəzifələrini müvəqqəti icra edən Yaqub Məmmədov, Aqrar və ekoloji məsələlər şöbəsinin müdiri Orxan Babayev, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə, İnfrastruktur təminatı şöbəsinin Tikinti və şəhərsalma sektorunun müdiri Vüqar Kazımov hesabat barədə məlumat verib, deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər.

Müzakirə olunan məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM