satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti rüblük iclası keçiriləcək.

DVX-dən  NTV-yə bildirilib ki, iclas mayın 15-də saat 11:00-da videokonfrans formatında baş tutacaq. Tədbirdə Dünya Bankı Qrupu tərəfindən hazırlanan “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələrin aparılması və kommunikasiyanın gücləndirilməsi məqsədilə 2026-cı il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər müzakirə ediləcək.

Vətəndaşlar, eləcə də özəl sektor nümayəndələri azranking.az portalı üzərindən “Onlayn müraciət” bölməsi və “Təklif göndər” xidməti vasitəsilə işçi qrupun fəaliyyətində iştirak edərək aidiyyəti istiqamətlər üzrə təkliflərini təqdim edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM