satellite   Azerspace-1: 11135 H 30000

Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 115 min 613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

ƏMDX-dən NTV-yə bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 21 min 584-ü (18,7 faiz) ilkin, 94 min 29-u (81,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24 min 821, mənzil – 28 min 300, torpaq sahəsi – 58 min 93, qeyri-yaşayış binası – 1072, qeyri-yaşayış sahəsi – 3096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31 min 544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Hesabat dövründə 80 min 383 texniki pasport tərtib edilib, 19 min 566 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM