satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır - FOTOLAR

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır<font color=red> - FOTOLAR</font> Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır<font color=red> - FOTOLAR</font> Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır<font color=red> - FOTOLAR</font> Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüş keçirib.

NTV xəbər verir ki, görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması və ixrac proseslərinin sadələşdirilməsi imkanları nəzərdən keçirilib.

Qida məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda, heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, sağlam və keyfiyyətli məhsullarla təmin edilməsinə dair mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub.

Müzakirələrdə, həmçinin elektron məlumat və təcrübə mübadiləsi, heyvanların identifikasiyası, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə, eləcə də pestisidlərin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmləri diqqət mərkəzində olub.

Sergey Dankvert Azərbaycanın müsbət təcrübəsini yüksək qiymətləndirərək, iki qurum arasında formalaşmış səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM