Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 70,8 milyon manat təşkil edib.
Bu barədə NTV-yə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.
Bundan başqa, ötən 4 ayda muxtar respublikada göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri isə 1 il əvvələ nisbətən 61,7 % azalaraq 5,2 milyon manat olub. Xidmətlərin 32 %-i qeyri-dövlət sektorunda formalaşıb.
