satellite   Azerspace-1: 11135 H 30000

Qızıl və gümüşün qiyməti həftəni itkilərlə başlayıb

Qızıl və gümüşün qiyməti həftəni itkilərlə başlayıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti (İyun ayında çatdırılma - Qeyd) 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb.

NTV  xəbər verir ki, qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollar olub.

Yaxın Şərqdəki münaqişənin tam bitməməsi səbəbindən neft qiymətlərinin bahalaşması, inflyasiyanın artacağı ilə bağlı narahatlıqlar, faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntilərin qızılın qiymətinə mənfi təsir edəcəyi ehtimal edilir.

Bundan başqa gümüş fyuçerslərinin qiyməti də 5 may 2026-cı ildən bəri ilk dəfə olaraq troy unsiyası üçün 75 dollardan aşağı düşüb. Belə ki, gümüşün qiyməti 4,14% azalaraq troy unsiyası üçün 74,33 dollara satılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM