satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,1 faiz artıb

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,1 faiz artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il mayın 1-i tarixinədək muxtar respublikada qeydiyyatda olan onlayn NKA-ların sayı 3308 ədəd təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb.

Bu ilin yanvar–aprel aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 182,2 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 milyon manat və ya 27,1 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM