satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər

Nazir: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər

Qanunsuz tikililərin leqallaşdırılması sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni risklər yarada bilər.

NTV xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib, şəhərsalma standartlarına cavab verən bəzi qeyri-rəsmi tikililər üçün isə amnistiya mexanizmləri tətbiq olunub.

Nazir qeyd edib ki, leqallaşdırma prosesinə ehtiyatla yanaşmaq vacibdir. Çünki qanunsuz tikililərə sadə amnistiyanın verilməsi müəyyən sosial problemləri qısa müddətdə həll etsə də, gələcəkdə icazəsiz tikintilərin artmasını təşviq edə bilər.

Mikayıl Cabbarovun sözlərinə görə, bu isə torpaq istifadəsi, kənd təsərrüfatı torpaqları, meşə sahələri, su ehtiyatları və kritik infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM