satellite   Azerspace-1: 11135 H 30000

Komitə sədri: UN-Habitat ilə imzalanan niyyət məktubu forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək

Komitə sədri: UN-Habitat ilə imzalanan niyyət məktubu forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək

Azərbaycan WUF-un gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

A.Quliyev qeyd edib ki, bu təşəbbüs forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək.

Azərbaycanın hazırda şəhərlərin yenilənməsi, "yaşıl infrastruktur"un genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlim dayanıqlığının artırılması və inklüziv icmaların formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirdiyini deyən komitə sədri diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən iri yenidənqurma proqramlarından biri icra olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM