2026-cı ilin yanvar-aprel aylarında qızıl istehsalı 19,5 faiz azalaraq 826 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz artaraq 84,1 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 4,9 faiz azalaraq 1304,8 kiloqram təşkil edib.
Mayın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 491,3 kiloqram qeydə alınıb.
