satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkmənistan enerji əməkdaşlığını müzakirə edib - FOTOLAR

Azərbaycan və Türkmənistan enerji əməkdaşlığını müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan və Türkmənistan arasında beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanları müzakirə olunub.

NTV  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin malik olduğu zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM