Cari ilin yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə 787 milyon 289,71 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz və ya 134 milyon 208,94 min dollar artım deməkdir.
NTV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan MDB ölkələrindən 1 milyard 396 milyon 742,6 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 48,5 faiz və ya 1 milyard 316 milyon 404,28 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 5,64 faizini, ümumi idxalının isə 20,49 faizini təşkil edib.
