satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Türkmənistanla biznes tərəfdaşlığını gücləndirir - FOTOLAR

Azərbaycan Türkmənistanla biznes tərəfdaşlığını gücləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan Türkmənistanla biznes tərəfdaşlığını gücləndirir<font color=red> - FOTOLAR</font>

Azərbaycan və Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib.

NTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

M. Cabbarov bildirib ki, Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

"Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının daha da gücləndirilməsi perspektivlərini vurğuladıq, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etdik",- deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM