2006-cı ildən bəri İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 3,98 milyard manat ipoteka krediti verilib.
NTV bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 59 mindən çox ailənin mənzil şəraitini yaxşılaşdırıb.
Təkcə bu ilin I yarısında Azərbaycanda dövlət xətti ilə 226,3 milyon manat məbləğində 2 242 ipoteka krediti, o cümlədən 156,1 milyon manat məbləğində 1 418 adi ipoteka krediti və 70,2 milyon manat məbləğində 824 güzəştli ipoteka krediti verilib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə isə 1 iyul 2026-cı il tarixinə 1 571 ipoteka krediti üzrə 149,9 milyon manat məbləğində zəmanət verilib.
Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 %-ə yaxını isə regionların payına düşüb.
