satellite   Azerspace-1: 11135 H 30000

ADB Azərbaycanın 2026-2027-ci illər üzrə iqtisadi artım proqnozunu sabit saxlayıb

ADB Azərbaycanın 2026-2027-ci illər üzrə iqtisadi artım proqnozunu sabit saxlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın iqtisadi artım proqnozunu sabit saxlayıb.

NTV xəbər verir ki, bu barədə Bankın iyul ayı üzrə proqnozunda bildirilib. Belə ki, ADB bu il Azərbaycanda iqtisadi artımın 2%, 2027-ci ildə isə 1,8% təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə Bankın aprel proqnozu ilə eynidir.

ADB qeyd edib ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üzrə iqtisadi artım proqnozları isə həm 2026, həm də 2027-ci illər üçün dəyişdirilməyib.

Qafqaz, Mərkəzi və Qərbi Asiya regionu üzrə iqtisadi artım proqnozu isə 2026-cı il üçün 3,8%-ə, 2027-ci il üçün isə 4,2%-ə endirilib.

2026-cı il üzrə proqnozun aşağı salınması Ermənistanda Rusiyanın son ticarət məhdudiyyətləri fonunda gözləntilərin pisləşməsi, Türkiyədə birinci rübdə iqtisadi artımın zəif olması, eləcə də Türkmənistanda İran ətrafından keçən alternativ ticarət marşrutları səbəbindən xərclərin artması ilə əlaqədardır.

2027-ci il üçün Ermənistan üzrə iqtisadi artım proqnozu Yaxın Şərqdəki münaqişənin uzunmüddətli təsirləri və ticarət məhdudiyyətlərinin iqtisadi perspektivlərə mənfi təsir göstərməsi səbəbindən 5,5%-ə endirilib.

Türkiyə üzrə proqnoz da yanacaq və gübrə qiymətlərinin yüksəlməsi, həmçinin sənaye və ixracata mənfi təsir göstərən zəif xarici iqtisadi mühit səbəbindən aşağı salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM