satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan vergi ödəyicilərinin sayı 56 096-ya çatıb.

NTV-nin  məlumatına görə, onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə % yüksəlib.

Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 926-ya çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.

Bu ilin yanvar–iyul aylarında qeydiyyata alınan kommersiya qurumlarının 85,8 %-i elektron qaydada, 14,2 %-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM