Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan hökumətləri elektrik enerjisinin yerüstü tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparır.
NTV xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze deyib.
“Bu, iqtisadi cəhətdən çox vacib və maraqlı təşəbbüsdür. Belə ki, tranzitlə yanaşı, Gürcüstan öz elektrik enerjisini də ixrac edəcək və bu, öz növbəsində yerli biznesi, ölkədə energetika sahəsinin yüksək səviyyədə inkişafını dəstəkləyəcək”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, yeni təşəbbüs istənilən maraqlı ölkədən, ilk növbədə qonşu ölkələrdən elektrik enerjisinin Gürcüstan vasitəsilə Avropaya çatdırılmasını təmin edəcək.
