satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda kommersiya qurumlarının əksəriyyəti elektron qaydada qeydiyyata alınıb

Naxçıvanda kommersiya qurumlarının əksəriyyəti elektron qaydada qeydiyyata alınıb

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56 min 96 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 1926 olub. 2026-cı ilin yanvar-iyul aylarında kommersiya qurumlarının 85,8 faizi elektron, 14,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM