satellite   Azerspace-1: 11135 H 30000

“Fitch” Mərkəzi Bankın tənzimləyici islahatlarını müsbət qiymətləndirib

“Fitch” Mərkəzi Bankın tənzimləyici islahatlarını müsbət qiymətləndirib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) bankların Bazel III standartlarına uyğunlaşması ilə bağlı tənzimləyici islahatlarını müsbət qiymətləndirib.

AMB-dən NTV-yə bildirilib ki, agentliyin 2026-cı il 11 avqust tarixli qiymətləndirməsində müvafiq tədbirlərin bankların dayanıqlığını gücləndirəcəyi bildirilir.

“Fitch” qeyd edir ki, Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası”nda yer almış bankların kapital tələbləri tənzimləmə yanaşmalarını beynəlxalq standartlara daha da yaxınlaşdırır. Yeni tələblərə uyğunluğun 2027-ci ilin yanvar ayından etibarən təmin edilməsi nəzərdə tutulur.

Agentlik sistem əhəmiyyətli banklar üzrə kapital tələblərinin (əlavə 1-4 faiz kapital buferi) diferensial şəkildə müəyyənləşdirilməsini, bütövlükdə, bank sisteminin sabitliyini müsbət amil kimi qiymətləndirir.

Dəyişikliklər, eyni zamanda, bankların mümkün itkiləri qarşılamaq potensialını gücləndirən I dərəcəli kapital (AT1) alətlərinin tənzimləyici çərçivəyə daxil edilməsini ehtiva edir. Bununla yanaşı, kapitalın keyfiyyətinə dair tələblər beynəlxalq standartlara daha da uyğunlaşmanın təmin edilməsinə xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM