satellite   Azerspace-1: 11135 H 30000

OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,7 milyon barel olacaq

OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,7 milyon barel olacaq

OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb.

NTV OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 580 min barel artaraq gündəlik 105 milyon 740 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 610 min barel artaraq sutkalıq 59 milyon 820 min barel, OECD ölkələrində isə 40 min barel çoxalaraq gündəlik 45 milyon 910 barel olacaq.

2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 2 milyon 160 min barel artaraq sutkada 107 milyon 900 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM