satellite   Azerspace-1: 11135 H 30000

Daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

Daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

Azərbaycanda rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən yaradılmış elektron qeydiyyat sistemi vasitəsilə xarici rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması davam etdirilir.

Vergi Xidmətindən NTV-yə bildirilib ki, bu il ərzində daha 4 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar ABŞ-nin “Xsolla (USA), Inc.”, “Valve Corporation”, Birləşmiş Krallığın “Formula One Digital Media Limited” və Almaniyanın “Cleverbridge GmbH” şirkətləridir. “Valve Corporation” və “Cleverbridge GmbH” şirkətlərinin ƏDV məqsədləri üçün qeydiyyatı cari il sentyabrın 1-dən qüvvəyə minir. Digər şirkətlərin qeydiyyatı isə artıq qüvvəyə minib.

Bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından rəqəmsal xidmətlər əldə edilərkən ƏDV alıcıların hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM