satellite   Azerspace-1: 11135 H 30000

“Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb - FOTOLAR

“Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb<font color=red> - FOTOLAR</font> “Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb<font color=red> - FOTOLAR</font> “Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb<font color=red> - FOTOLAR</font> “Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb<font color=red> - FOTOLAR</font>

“Naxtel” mobil operatoru Babək şəhəri ərazisində yeni baza stansiyasını istifadəyə verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 98 baza stansiyası ilə fəaliyyətə başlayan “Naxtel” hazırda stansiyalarının sayını 130-a çatdırıb. Nəticədə “Naxtel”in əhatə dairəsi bu gün muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edir. 

Babək şəhərinin Qoşadizə məhəlləsində qurulan yeni baza stansiyası 4.5G texnologiyası ilə təhciz olunaraq istifadəyə verilib.            

Mobil operator digər bölgələrimiz kimi, Babək rayonu ərazisində də xidmətin keyfiyyəti, sürətli internet, sərfəli danışıq dəqiqələri və daim yenilənən kampaniya və tarifləri ilə abunəçi rəğbəti qazanıb.

“Naxtel” mobil şəbəkəsində bütün baza stansiyaları texniki cəhətdən 7 gün, 24 saat tam olaraq nəzarətdə saxlanılır. Baş verən hər hansı bir çətinlik müvafiq şöbə tərəfindən qısa zamanda aşkarlanaraq yerində həllini tapır. “Naxtel” MMC muxtar respublika ərazisində yeni baza stansiyalarının qurulmasını bundan sonra da davam etdirəcək.

Yunis Allahverdiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM