satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 5 layihə üzrə sahibkarlara 66 min manat kredit ayrılıb - VİDEO

Naxçıvanda 5 layihə üzrə sahibkarlara 66 min manat kredit ayrılıb<font color=red> - VİDEO</font>

Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Sahibkarlığın İnkişaf Fondu tərəfindən göstərilən dövlət maliyyə dəstəyi hesabına sənaye və kənd təsərrüfatı üzrə daha 5 layihə maliyyələşdirilib. Sahibkarlara 66 min manat kredit ayrılıb.

Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə muxtar respublikada idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması iqtisadi resurslardan səmərəli istifadə edilməsinə və özəl bölmənin inkişafına yeni stimul verib. Sahibkarlığın genişləndirilməsi ilə bağlı qətiyyətli addımlar atılır, bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə səmərəli tədbirlər həyata keçirilir.

Yaradılan səmərəli rəqabət mühitindən yararlanan sahibkarlar  tərəfindən  2023-cü ildə yeni sənaye, kənd təsərrüfatı və digər xidmət sahələri yaradılıb. Həmçinin əvvəlki illərdə qeyri-qanuni şəkildə fəaliyyəti dayandırılan və işinə suni maneələr törədilən sahibkarlıq subyektləri də yenidən fəaliyyətə başlayırlar.

Hazırda sahibkarların təklifləri əsasında yeni layihələrin iqtisadi səmərəliliyi araşdırılır, yeni biznes layihələrinin hazırlanması və maliyyə vəsaitinin ayrılması istiqamətində işlər davam etdirilir.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM