satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 55,5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 55,5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, cari ilin birinci rübündə muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 36,6 milyon manat vergi daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur.

Təkcə bu ilin mart ayında vergi daxilolmaları 2022-ci ilin müvafiq dövrünə nisbətən 55,5 faiz və ya 5,1 milyon manat artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM