satellite   Azerspace-1: 11135 H 30000

"Google" Android 14 əməliyyat sisteminin beta versiyasını təqdim edib

"Google" Android 14 əməliyyat sisteminin beta versiyasını təqdim edib

"Google" şirkəti Android 14 əməliyyat sisteminin Pixel 4a 5G və daha yeni smartfon sahibləri üçün ilk beta versiyasını təqdim edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə "Android Authority" portalına istinadla xəbər verir.

Fevral ayının əvvəlindən etibarən Android 14 ilkin olaraq tərtibatçıların ixtiyarına verilib. Əməliyyat sisteminin bu forması, bir qayda olaraq, qeyri-sabit sayılır və tətbiqləri sınamaq üçün hazırlanıb.

İndi isə "Google" Android 14-ün ilk beta versiyasını bütün istifadəçilər üçün əlçatan edib. Əməliyyat sistemini Pixel 4a 5G və daha yeni cihazların sahibləri rəsmi olaraq quraşdıra bilər.

Bununla belə, şirkət əməliyyat sisteminin beta versiyasında müəyyən çatışmazlıqlar ola biləcəyi barədə istifadəçiləri xəbərdar edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM