satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankı "Doing Business" hesabatını "Business Ready" hesabatı ilə əvəz edəcək

Dünya Bankı "Doing Business" hesabatını "Business Ready" hesabatı ilə əvəz edəcək

Dünya Bankı Qrupu "Business Ready" (B-Ready) layihəsinə start verir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Bankın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Yeni hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək, ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "Business Ready" hesabatı 54 iqtisadiyyatı əhatə edəcək.

Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur.

"Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM