satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda aqrar sahəyə xarici şirkətlərin marağı artıb - VİDEO

Naxçıvan Muxtar Respublikasında aqrar sahədə islahatlara başlanılıb. Məqsəd ərzaq təhlükəsizliyini, ekoloji tarazlığın qorunması, məşğulluğun artırılması və idxaldan asılılığın aradan qaldırılmasıdır. İlkin mərhələdə əkinəyararlı torpaqların, eyni zamanda bitkiçilik və heyvandarlıq təsərrüfatlarının dürüstləşdirilməsi üçün uçot işlərinə başlanılıb.

Bu gün yerli və xarici investorlar Naxçıvana böyük maraq göstərirlər. Diyarımızda ekoloji tarazlığın qorunması istiqamətində reallaşdırılan tədbirlər onların da diqqətini çəkir, burada orqanik məhsul yetişdirilməsinə marağını artırır. İsveçrənin “iCsquared GmbH” şirkəti Şərur və Kəngərli rayonlarında yerfındığı əkini həyata keçirir.

Şirkət həmçinin əkin apardığı ərazilərdə intensiv və mütərəqqi suvarma sistemləri də tətbiq edəcək. İlkin mərhələdə çiləmə üsulu suvarma sistemləri, daha sonra isə pivot suvarma sistemləri tətbiq ediləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

İlham Vəliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM