satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

 Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi bu il Naxçıvanda aqrar innovasiya festivalı keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu nazirliyin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

"Nazirliyin Aqrar İnnovasiyalar Mərkəzi daima regionlarda festivallar keçirir. Bu festivallar aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətindədir. Festivallarda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalar təqdim edir", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM