satellite   Azerspace-1: 11135 H 30000

Cənab Prezidentin bizim pavilyona gəlməsi və bizə stimul verməsi çox sevindirici haldır - Xəyalə Dadaşova - VİDEO

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri keçirilir. 

Sərgilərdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası üçün ayrıca pavilyon yaradılıb və məhsullar "Orqanik Naxçıvan" adı altında nümayiş etdirilir

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərlə tanış olublar. Ölkə başçısı və birinci xanım "Orqanik Naxçıvan" məhsullarına baxıb və bu məhsullar haqqında məlumat əldə ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan televiziyasına müsahibə verən Naxçıvanın kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova bildirib ki, ən sevdindirici hal cənab Prezidentin bizim pavilyona gəlməsi və bizə stimul verməsi oldu: "Bu gəliş Naxçıvanın aqrar sahəsinin inkişafına böyük təkan verəcək. Naxçıvan fermerləri gələn il burada daha fərəhlə iştirak edəcəklər"

Qeyd edək ki, sərgilərdə keçirilən "Aqrar İnnovasiyalar Forumu" çərçivəsində "Orqanik Naxçıvan" brendinin təqdimatı olub. Təqdimat zamanı Xəyalə Dadaşova muxtar respublikanın geniş kənd təsərrüfatı potensialı və bu sahədə gələcək perspektivlər barədə ətraflı məlumat verib. 

Sərgilər davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM