satellite   Azerspace-1: 11135 H 30000

Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir - FOTOLAR

Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir<font color=red> - FOTOLAR</font> Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir<font color=red> - FOTOLAR</font> Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir<font color=red> - FOTOLAR</font> Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir<font color=red> - FOTOLAR</font> Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir<font color=red> - FOTOLAR</font> Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir<font color=red> - FOTOLAR</font>

Şahbuz rayonun Kolanı kəndində rabitə xətt təsərrüfatında yenilənmə işləri aparılır.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, muxtar respublikanın digər rayonları kimi Şahbuzda da hər bir sahədə inkişaf tempi artır. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir.

Rayonun Kolanı kəndində rabitə xətlərinin yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin inkişafına göstərilən dövlət qayğısını özündə əks etdirir. Kənddə aparılan quruculuq işləri çərçivəsində rabitə xətt təsərrüfatında təmir işləri aparılıb. Bu məqsədlə 22 ədəd dəmir rabitə dirəyi basdırılıb, 800 metr fiber-optik xətt və 2 700 metrdən artıq kabel çəkilib, o cümlədən 1 ədəd paylayıcı şkaf və 30 ədəd yeni abonent qutusu quraşdırılıb.

Qeyd edək ki, Keçili kəndində də aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması məqsədilə 4 ədəd dəmir dirək basdırılıb, 150 metrə yaxın fiber-optik kabellər çəkilib, 120 metr müxtəliftutumlu kabellərdən istifadə edilib.

Şahbuz rayonunun yaşayış məntəqələrində rabitə infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər rabitə və internet xidmətlərinin tam kəsintisiz həyata keçirilməsinə şərait yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM