Fuad Nəcəfli: "Naxçıvanda azad iqtisadi mühit yaradılır"

<strong>Fuad Nəcəfli: "Naxçıvanda azad iqtisadi mühit yaradılır"</strong>

"Naxçıvanda artıq azad iqtisadi mühit yaradılır. Sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

NUHÇIXAN xəbər verir ki, bu fikirləri bu gün Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səsləndirib. 

Qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artırır. Bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq. Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

"Əlbəttə, Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır",- deyə Fuad Nəcəfli bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM