Naxçıvanda 500 MVt-lıq böyük elektrik stansiyasının quraşdırılması planlaşdırılır. Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Şərurda yeni istifadəyə verilən günəş elektrik stansiyasının açılışında bildirib. Fuad Nəcəfli deyib ki, alternativ enerji sahəsində son vaxtlar Naxçıvanın potensialına investorların marağı artıb. Artıq bu sahədə investorlardan da real təkliflər gəlməkdədir. Və təkliflər sırasında 500 MVt-lıq böyük yaşıl enerji üzrə elektrik stansiyalarının quraşdırılması layihəsi də vardır.
- 12:43 02.06.2023
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
