satellite   Azerspace-1: 11135 H 30000

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişəcək

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişəcək

Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Qanuna görə, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad olunmasına razılıq verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM