satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Aqro festival” keçirilir - FOTOLAR

Naxçıvanda “Aqro festival” keçirilir<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Aqro festival” keçirilir<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilir.

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqdan sonra festivalın keçirildiyi Sahil Parkına gəliblər.

Qeyd edək ki, 45 şirkət və 55 ailə təsərrüfatçılarının iştirak etdiyi festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM