satellite   Azerspace-1: 11135 H 30000

FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur

FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur

Növbəti ildən başlayaraq FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı ofisinin idarəetmə mütəxəssisi Namiq Məmmədov jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Naxçıvan kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biridir:

"FAO Azərbaycan ofisi olaraq da biz muxtar respublikada kənd təsərrüfatı korporativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsində gələcəkdə liderlik rolunu oynamaq istəyirik. Burada bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq. Və ümid edirik ki, bu layihələr digər regionlarımızda keçirilən layihələr kimi uğurlu olacaq, bölgənin fermer təsərrüfatına, xüsusilə də kiçik və orta səviyyəli fermerlərin inkişafına təkan verəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM