satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətindəki qədim Laodikeya yaşayış yeri ərazisində qazıntı işləri aparan arxeoloq qrupu qədim yunanların sağlamlıq ilahəsi Higeyanın heykəlinin yuxarı hissəsini aşkar ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, təbabət tanrısı Asklepinin qızının 2100 illik heykəlini Pamukkale Universitetinin professoru Cəlal Şimşəyin rəhbərlik etdiyi mütəxəssislər aşkar ediblər.

Şimşək sosial şəbəkələrdə tapıntının fotosunu paylaşaraq heykəlin təxminən iki min il torpaq altında qaldığını qeyd edib.

Qədim Yunan mifologiyasında Higeya çox vaxt sol əlində fincan, sağ əlinə sarılmış ilanla təsvir edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM