satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov teatrın direktor əvəzi təyin olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, teatrın əvvəlki direktoru Rza Xudiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə deputat seçildiyinə görə vəzifəsindən azad olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM