satellite   Azerspace-1: 11135 H 30000

2024-cü ildə Gürcüstandan Azərbaycana səfərlərin sayı artıb

2024-cü ildə Gürcüstandan Azərbaycana səfərlərin sayı artıb

2024-cü ildə Gürcüstandan Azərbaycana səfərlərin sayı artıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Gürcüstanın Statistika Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Gürcüstan rezidentləri xarici ölkələrə ümumilikdə 2,8 milyon səfər həyata keçirib ki, bu da illik 1,4 % azalma deməkdir. Lakin Azərbaycana edilən səfərlərin sayı 11 % artaraq 50 minə çatıb.

Ölkələr üzrə ən çox səfər Türkiyə (871 min) və Rusiyaya (425 min) olub.

Gürcüstan rezidentlərinin əsas səfər səbəbləri dostları və qohumları ziyarət (33,4 %), alış-veriş (33,1 %), istirahət və turizm (18,6 %), iş və iqtisadi fəaliyyət (10,4 %), müalicə və sağlamlıqdır (2,2 %).

2024-cü ildə Gürcüstan vətəndaşlarının xaricdə xərclədiyi ümumi məbləğ 2,3 milyard lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11,3 % artım deməkdir. Bir səfər üçün orta xərc 1,008 lari olub.

Azərbaycan Gürcüstan vətəndaşları üçün həm turizm, həm də ticarət baxımından mühüm istiqamətlərdən biri olaraq qalmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM