satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil olunacaq - VİDEO

Azərbaycan “Avroviziya 2025”-də “Run with U” mahnısı ilə təmsil olunacaq.

Bu barədə Naxçıvan televiziyası-a İctimai Televiziyadan məlumat verilib.

Bildirilib ki, ölkəmizi təmsil edəcək "Mamagama" qrupunun ifa edəcəyi mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Futuristik üslubda çəkilmiş rəsmi klipdə Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alıb. Klipin rejissoru Elvin Əhmədoğludur.

Həmçinin builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM