satellite   Azerspace-1: 11135 H 30000

UNESCO-nun Baş direktoru vəzifəsinə üç nəfər namizədliyini irəli sürüb

UNESCO-nun Baş direktoru vəzifəsinə üç nəfər namizədliyini irəli sürüb

UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyası işini davam etdirir. Sessiya çərçivəsində qurumun yeni Baş direktoru vəzifəsinə namizəd təklif olunacaq.

Naxçıvan televiziyası xəbər verir ki, UNESCO-nun Baş direktoru vəzifəsinə 3 nəfər - UNESCO Baş direktorunun Afrika departamenti üzrə müavini, konqolu Firmin Eduard Matoko, UNESCO Baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisi, meksikalı Gabriela Ramos və Misirin turizm naziri Xalid əl-Anani namizədliyini irəli sürüb.

Qeyd edək ki, UNESCO-nun Baş direktoru İcraiyyə Şurası tərəfindən təklif edilir və konfransın təsdiq edəcəyi şərtlərlə Baş Konfrans tərəfindən dörd il müddətinə təyin edilir. Baş direktor 2 dəfə dördillik müddətə təyin oluna bilər, bundan sonra yenidən seçilmək hüququ yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM