satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir - FOTOLAR

Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir<font color=red> - FOTOLAR</font>

Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla ümumilikdə 10 yerli tərəfdaşla birgə İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir.

NTV  xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunur.

Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Bundan əlavə, 5-6 may tarixlərində İsrailin Hayfa və Təl-Əviv şəhərlərində silsilə təbliğat tədbirləri təşkil edilib.

B2B formatlı görüşlərdə ölkəmizi ATB, AZAL və "Şahdağ Turizm Mərkəzi" QSC daxil olmaqla, ümumilikdə 12 yerli tərəfdaş təmsil edib.

Təbliğat tədbirləri çərçivəsində Hayfada 40, Təl-Əvivdə isə 65 yerli turizm nümayəndəsi ilə görüşlər keçirilib, təqdimatlar, media brifinqi, eləcə də şəbəkələşmə tədbiri təşkil olunub.

Təl-Əvivdə keçirilən tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və İsrailin Turizm nazirinin müşaviri Peleg Levi iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM